
"AzFiberNet" şirkəti İnformasiya-Texnologiyaları bazarının əsasən perspektivli seqmentlərində fəaliyyət göstərmək üçün 2014-cü ildə qurulmuşdur. Hazırda şirkətin potensialı müştərilərə rabitə və informasiya texnologiyaları sahəsində istənilən problemin kompleks həllini təmin etmək imkanı verir.
Bu gün şirkətimiz aparıcı və sürətlə inkişaf edən yerli İT-Şirkətlərdən biridir.
Missiyamız
Adi istifadəçilər, şirkətlər və İnternet provayderlər üçün dayanıqlı rabitə xidmətləri göstərilməsi.
Biznesin səmərəliliyinin artırılması məqsədi ilə ən son avadanlıq və proqram təminatı tətbiq etməklə peşəkar xidmət göstərilməsi.
Şirkətin xidmətlər kompleksi:
• İnternetə qoşulmanın təmin edilməsi üçün rabitə kanallarının təşkili;
• Virtual şəbəkələrin təşkili və uzaq ofislərdəki kompüter şəbəkələrinin bir-birinə inteqrasiyası;
• Aparıcı istehsalçıların avadalıqları bazasında Müştərilərin Şəbəkə İnfrastrukturunun yaradılması;