ADSL internet
ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) məlumatları yüksək sürətlə ötürən internet texnologiyasıdır. ADSL texnologiyasında yüklənən axının sürəti ötürülən axının sürətindən yüksək – yəni asimmetrik olur. Abunəçilər bu internet texnologiyası vasitəsilə internetə adi telefon xətti üzərindən qoşulur. ADSL-ə giriş bir sıra amillərdən asılıdır ki, bura yaşadığınız ərazi, mövcud telefon xətlərinin keyfiyyəti, ən yaxın telefon stansiyası ilə son istifadəçi arasındakı məsafə və s.daxildir.
Qutu adı | Sürət | Aylıq ödəniş |
Limitsiz 5 Mbit/s. | 5/1 Mbit/s. | 15.00 AZN |
Limitsiz 8 Mbit/s. | 8/1 Mbit/s. | 20.00 AZN |
Limitsiz 12 Mbit/s. | 12/1 Mbit/s. | 25.00 AZN |
Statik IP ünvan (aylıq) | 5.00 AZN |
Birdəfəlik qoşulma haqqı | 5.00 AZN |
Optik internet
“AzFiberNet” şirkəti fərdi ev sakinləri üçün fiber optik internet xidmətini təklif edir. Xidmət fiber optik xətləri üzərindən təmin edilir. İstənilən fiziki şəxs “AzFiberNet"-ə müraciət etməklə, əhatə dairəsinə aid olan əraziyə keyfiyyətli və yüksək sürətli internet çəkdirə bilər. Xidmətin aşağıdakı üstünlükləri var:
- 100 Mbit/s-ə qədər qoşulma sürəti;
- Kəsintisiz internet;
- Videomüşahidə, IP telefoniya, IPTV xidmətlərindən rahat istifadə imkanı;
- Telefon xətlərindən asılılığın olmaması;
- Texniki baxımdan imkanları məhdud ərazilərdə sürətli internet;
Qutu adı | Sürət | Aylıq ödəniş |
Lite | 10/10 Mbit/s. | 15.00 AZN |
Classic | 20/20 Mbit/s. | 20.00 AZN |
Econom | 30/30 Mbit/s. | 25.00 AZN |
VIP | 50/50 Mbit/s. | 40.00 AZN |
Deluxe | 100/100 Mbit/s. | 50.00 AZN |
Əlavə xidmətlər | Aylıq ödəniş |
IP TV | 5.00 AZN |
Statik IP ünvan | 5.00 AZN |
Birdəfəlik qoşulma haqqı | 5.00 AZN |
- Şəbəkədən ayrılmış, hesabları arxivə göndərilmiş müştərilər üçün təkrar qoşulma haqqı ödənilir;
- 18:00-dan sonra qoşulma sifarişləri əlavə ödənişlidir - 10.00 AZN;
- Qeyd edilən qiymətlər fərdi istifadə (ev abunəçiləri) üçün nəzərdə tutulmuşdur. Korporativ müştərilərin fərdi müraciət etməsi xahiş olunur.
SIP telefon
IP telefoniya adi telefon ilə internetin xüsusiyyətlərini birləşdirməyə imkan verən texnologiyadır. Siqnal əlaqə kanalı vasitəsilə rəqəmsal formada ötürülür. IP telefoniya xidməti SIP nömrələr üzərindən kompüter, mobil telefon, hətta stasionar telefon kimi kommunikasiya vasitələri ilə təmin olunur. Yüksəksürətli telefon qoşulması sayəsində birdən artıq telefon zəngi qəbul etmək və ötürmək mümkündür. "Azərtelecom" şirkəti ilə mövcud olan müqaviləyə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində, internet bağlantısı mövcud olan istənilən məntəqədə xidmətdən yararlanmaq mümkündür.
Xidmət | Ödəniş |
Qoşulma haqqı (birdəfəlik) | 70.00 AZN |
Aylıq ödəniş | 4.00 AZN |
- 3 ay ərzində ödəniş edilməyən bütün nömrələr üçün mövcud müqavilə ləğv edilirək yenidən satış siyahısına əlavə edilir;
- Qeyd edilən qiymətlər fərdi istifadə (ev abunəçiləri) üçün nəzərdə tutulmuşdur. Korporativ müştərilərin fərdi müraciət etməsi xahiş olunur.