Məxfilik siyasəti

Məxfilik siyasəti

 

“AzFiberNet” MMC tərəfdaşlarının, müştərilərinin, həmçinin vebsayt vasitəsilə məlumatlarını təqdim edən istifadəçilərin məxfiliyinin qorunmasına dair öhdəlik daşıyır.

Bu Məxfilik Siyasətini diqqətlə oxuyun və edilə biləcək hər hansı dəyişiklikləri nəzərdən keçirmək üçün vaxtaşırı səhifəyə yenidən daxil olun. Qeyd edək ki, istənilən vaxt bu Məxfilik Siyasətinə dəyişiklik edə bilərik və bu barədə veb-saytda dəyişiklik edilmiş şərtləri yerləşdirilir.

Bütün düzəliş edilmiş şərtlər, başqa şərt göstərilmədiyi təqdirdə, dərc edilmiş Məxfilik Siyasətində göstərilən tarixdə avtomatik olaraq qüvvədə olur.

MƏLUMATLARIN TOPLANILMASI VƏ İSTİFADƏSİ

“AzFiberNet” istifadəçinin könüllü olaraq “AzFiberNet”-ə ötürdüyü, aşağıdakı qeyd edilən məlumatları toplaya bilər:

İstifadəçinin adı
İstifadəçinin soyadı
Əlaqə nömrəsi
Elektron poçt ünvanı

Toplanılan məlumatlar yalnız bu Məxfilik Siyasətində müəyyən edilən hallarda toplana bilər. Həmin hallar aşağıdakılardır:

Veb sayt vasitəsi ilə CV göndərərkən
"İdeyanı paylaş" bölməsində fikirlərinizi bölüşərkən
Vebsayt vasitəsilə “AzFiberNet”-ə sorğu göndərərkən

Toplanan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:

İstifadəçinin sorğusuna cavab hazırlayan zaman
Bazar araşdırması, analitik məqalələr hazırlanarkən, həmçinin, proses, xidmət və məhsulların təkmilləşdirilməsi üçün
Tədbirlərimiz, xidmətlərimiz, məhsullarımız və yeniliklərimiz barədə məlumat vermək üçün

İstifadəçi hər zaman gələcəkdə oxşar məlumatlar almaqdan imtina edə və ya bütün fərdi məlumatlarının silinməsinə dair sorğu göndərə bilər.

İstifadəçilərin “AzFiberNet”-də saxlanılan məlumatları onların razılığı olmadan satıla və ya üçüncü şəxslə paylaşıla bilməz.

“COOKİE” SİYASƏTİ

Kukilər kompüteriniz, planşetiniz və ya mobil telefonunuzda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda sizin IP adresiniz, istifadə olunan brauzer proqramının növü, saytdan istifadənin tarixi və müddəti, saytın istifadə etdiyiniz bölmələri və sairə haqqında məlumatlar saxlanılır. “AzFiberNet” bir çox veb saytlarda olduğu kimi veb sayt istifadəçiləri üçün xidmət səviyyəsinin artırılması məqsədilə kukilərdən və digər texnologiyalardan faydalanır.

Kukilərdən istifadə olunmasını qəbul etmirsinizsə, veb saytı tərk etməli və ya kuki seçimlərinizi hazırkı Məxfilik Siyasətində göstərilən qaydada dəyişdirməlisiniz. Kukilərə icazə verilmədiyi halda veb saytdakı bəzi funksiyaların öz funksiyonallığını itirə biləcəyini nəzərə almağınızı xahiş edirik.

Əlavə olaraq “AzFiberNet” statistik məqsədlər üçün üçüncü tərəflərin kukiləri vasitəsilə məlumatı toplayır. “AzFiberNet” bu prosesi azfiber.net veb saytından istifadəni izləmək və təhlil etmək məqsədilə “Google” tərəfindən təqdim edilən “Google Analytics” xidməti vasitəsilə həyata keçirir.

Kukilərin istifadəsini özünüz tənzimləyə bilərsiniz. Belə ki, brauzerinizin tənzimləmələri vasitəsilə kukilərin deaktiv edilməsini və ya əvvəlcədən razılığınız olmadığı halda kompüterinizdə, mobil cihazınızda saxlanılmamasını təmin edə bilərsiniz. Kukiləri qəbul etmədiyiniz halda, azintelecom.az veb saytını daha effektiv edən bir çox xüsusiyyətləri istifadə edə bilməyəcəksiniz və bəzi xidmətlərimiz tam işləməyəcək.

MƏLUMATLARIN QORUNMASI

“AzFiberNet” sizin məlumatlarınızı qorumaq üçün çalışır. Bunun üçün biz müxtəlif təhlükəsizlik texnologiyalarından və informasiyanın icazəsiz girişdən, istifadədən və ya açıqlanmasından qorunmasına yönələn tədbirlər həyata keçiririk. İstifadə etdiyimiz tədbirlər sizin məlumatlarınızın emalı riskinə uyğun təhlükəsizlik səviyyəsini təmin etmək üçün nəzərdə tutulub.

“AzFiberNet” öz qəsdi və ya kobud səhvindən yaranan birbaşa zərərlər istisna olmaqla, veb saytın istifadəsi nəticəsində meydana gələ biləcək birbaşa və ya dolayı zərərə görə heç bir halda məsuliyyət daşımır.

Bu Məxfilik Siyasəti ilə bağlı hər hansı bir sualınız və təklifiniz varsa, bizə [email protected] elektron ünvanı vasitəsi ilə müraciət edin.