"AzFiberNet" şirkəti İnformasiya-Texnologiyaları bazarının əsasən perspektivli seqmentlərində fəaliyyət göstərmək üçün 2014-cü ildə qurulmuşdur. Hazırda şirkətin potensialı müştərilərə rabitə və informasiya texnologiyaları sahəsində istənilən problemin kompleks həllini təmin etmək imkanı verir.
Bu gün şirkətimiz aparıcı və sürətlə inkişaf edən yerli İT-Şirkətlərdən biridir.
Missiyamız
Adi istifadəçilər, şirkətlər və İnternet provayderlər üçün dayanıqlı rabitə xidmətləri göstərilməsi.
Biznesin səmərəliliyinin artırılması məqsədi ilə ən son avadanlıq və proqram təminatı tətbiq etməklə peşəkar xidmət göstərilməsi.
Şirkətin xidmətlər kompleksi:
• İnternetə qoşulmanın təmin edilməsi üçün rabitə kanallarının təşkili;
• Virtual şəbəkələrin təşkili və uzaq ofislərdəki kompüter şəbəkələrinin bir-birinə inteqrasiyası;
• Aparıcı istehsalçıların avadalıqları bazasında Müştərilərin Şəbəkə İnfrastrukturunun yaradılması;
Şirkət haqqında
Müştərilərimiz
"AzFiberNet" MMC 2014-cü ildən bu günə kimi keçdiyi fəaliyyət dövründə özünə kifayət qədər müştəri cəlb edə bilmişdir.
Müştərilərimiz sırasında dövlət qurumları, təhsil müəssisələri, texnologiya şirkətləri və digər özəl və beynəlxalq şirkətlər var.
Vakansiyalar
Əgər siz ciddi şəkildə karyera qurmaq, mehriban bir kollektivdə işləmək və özünüzü inkişaf edən bir şirkətin tərkib hissəsi kimi görmək istəyirsinizsə, o zaman "şəxsi vərəqənizi" mütləq bizim elektron poçt qutumuza göndərin.
Hazırlanmış elektron CV-ni [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Müraciətinizə uyğun vakant yer olduğu anda bizim kadr mütəxəssisimiz sizinlə əlaqə saxlayaraq dialoq üçün dəvət edəcəkdir.