VPN və VPLS vasitəsilə

Müştərilərin korporativ şəbəkəsinin təşkili

IP Telefoniya

Korporativ müştərilər üçün rabitə şəbəkəsi

Optik lif üzərindən

1000 Mbit/s.sürətə qədər qoşulma imkanı

IPTV

Ölkənin ən zəngin məzmunlu IPTV xidməti

Optik internet

Müasir dövrdə rabitəyə olan tələbat daim artır.
İstifadəçilər rabitənin sürətinin və keyfiyyətinin daima artmasında maraqlıdırlar. Tipik burulmuş cütlər əsasında həyata keçirilən kanallar rabitə xətlərinin çox böyük olduğu şəraitdə və güclü yüklənmə zamanı sürəti məhdutlaşdırır. Çıxış yolu kimi daha müasir optik xətlərdən istifadə olunur. Onları elə belə də adlandırırlar – Rabitənin Lifli Optik Xətləri (RLO). Çox yüksək ötürmə tezlikləri hesabına informasiyanı bir neçə Tbit/saniyə sürəti ilə ötürmək mümkündür. Opik lif dielektrikdir ki, yüksək yanma riski olan müəssisələrdə belə xətdə yanğın ehtimalı tamamilə istisna olunur. Həmçinin RLO-nun istifadə müddəti 25 il və daha çoxdur. Eyni zamanda bu yeganə texnologiyadır ki, bir paketdə yanlız konsepsiyanın həyata keçirilməsini deyil (IP telefon və interaktiv IP televiziya), həm də internetə girişi təmin edir.

Həmçinin qeyd edilən texnologiya digər xidmətlərin də təmin edilməsində böyük imkanlara malikdir:
- İnternetə yüksəksürətli giriş
- Sizin telefon xəttiniz olmadığı halda belə internetə giriş
- Şəbəkə daxili 100 mbps-ə qədər məlumat mübadiləsi
- Simmetrik kanal (giriş sürəti çıxış sürətinə bərabərdir)
- Şəbəkənin maksimal etibarlılığı, rabitənin stabil olaraq yüksək ötürücülük keyfiyyətinə malik olması
- RLO texnologiyası üzrə qoşulma öz texniki xüsusiyyətlərinə görə başqa texnologiyalara nisbətən daha etibalıdır
- Video xidmətlər, Video nəzarət, Video konfrans
- IP telefon və fərdi virtual səs xidmətləri
- Distansion təhsil

Simsiz şəbəkə

Simsiz şəbəkələr nə üçün lazımdır?
Kabelli şəbəkələrin kifayət qədər inkişaf etmədiyinə və kifayət qədər etibarlı olmadığına görə müxtəlif fəaliyyət növlərini həyata keçirən müəssisələr, xüsusilə də şəhərin müxtəlif hissələrində şöbələri olan müəssisələr məlumatın ötürülməsi üçün hər hansı vasitəyə ehtiyac duyurlar.

Simsiz şəbəkələr kimə lazımdır?
- öz filiallarını yeganə informasiya məkanında birləşdirmək istəyənlər üçün
- naqillər çəkilməsi sərfəli olmayanlar üçün (çətin gedilə bilən və əhalisi az olan sahələr)
- telefon xətlərinin keyfiyyəti ilə qane olmayanlar üçün (zəif sürət, əlaqənin tez-tez kəsilməsi və s.)
- o rəhbər və mütəxəssislərə ki, onlara kompüterə uzaqlaşdırılmış giriş vacibdir. Misal üçün, evdə oturaraq iş kompüterindəki sənəd və proqramlarla, onların sinxronlaşmasından narahat olmayaraq işləyə bilərsiniz.
- başqa təşkilatlardan kirayə yer götürən və başqa yerə köçməsi istisna edilməyənlər üçün.

Simsiz şəbəkələrin üstünlükləri:
- çoxlu ayrılmış şöbələri olan müəssisənin korporativ şəbəkəsinin təşkil edilmə mümkünlüyü.
- şəbəkənin hər bir nöqtəsi, istənilən ölçüdə kompüter şəbəkəsinin və ya ayrı-ayrı kompüterlərin qoşulmasını təmin edir
- şəbəkə interfeyslərinin standart növləri
- şəbəkəyə minimal qoşulma vaxtı
- kommunikasiya ilə təchiz olunmamış yerdə lokal şəbəkəyə giriş
- köçmə vaxtı avadanlıqların aparılma mümkünlüyü
- icazəsiz girişdən yüksək müdafiə
- azad telefon nömrəsi

IP telefoniya


IP telefoniya adi telefon ilə internetin xüsusiyyətlərini birləşdirməyə imkan verən texnologiyadır. Siqnal əlaqə kanalı vasitəsilə rəqəmsal formada ötürülür. IP telefoniya xidməti SIP nömrələr üzərindən kompüter, mobil telefon, hətta stasionar telefon kimi kommunikasiya vasitələri ilə təmin olunur. Yüksəksürətli telefon qoşulması sayəsində birdən artıq telefon zəngi qəbul etmək və ötürmək mümkündür. "Azərtelecom" şirkəti ilə mövcud olan müqaviləyə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində, internet bağlantısı mövcud olan istənilən məntəqədə xidmətdən yararlanmaq mümkündür.

Data / VPN

loading...